İran İslam Respublikası Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Behnam Səidi ölkədən uranın çıxarılmasını təkzib edib.

"Unikal" xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb. 

Səidi mayın 7-də ABŞ prezidenti Donald Trampın ölkədən uranın çıxarılması ilə bağlı açıqlamasını yalanlayıb: "Trampın İrandan 400 kq uranın çıxarılması ilə bağlı açıqlaması siyasi blef və təmiz yalandır".

O, əlavə edib ki, zənginləşdirmə hüququ müzakirə mövzusu deyil.

Ağarza Elçinoğlu