24 aprel - 7 may 2026-cı il tarixlərində Goranboy Rayon İcra Hakimiyyəti və Goranboy Olimpiya Kompleksinin dəstəyi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və YAP Goranboy rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlardan ibarət komandalar arasında minifutbol üzrə Goranboy rayon turniri keçirilib. 

"Unikal" xəbər verir ki, turnirin qalibi Rayon Polis şöbəsinin əməkdaşlarından ibarət komanda olub.