Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı il dünya çempionatının iştirakçıları üçün ayrılan mükafatın məbləğini 15 faiz artırıb.

"Unikal" xəbər verir ki, bu barədə “Sky Sports” telekanalı məlumat yayıb.

Bundan sonra hər bir milli komanda ilkin nəzərdə tutulan 10,5 milyon dollar əvəzinə ən azı 12,5 milyon dollar alacaq. Turnirin ümumi mükafat fondu isə 870 milyon dollar təşkil edəcək.

Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə rekord sayda – 48 komanda iştirak edəcək.