Rusiyada hüquq-mühafizə orqanları kriminal avtoritet Merab Canqveladzeni (Merab Suxumski) beynəlxalq axtarışa verib.

"Unikal" xəbər verir ki,  bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Canqveladze gürcü kriminal qruplaşmalarına yaxınlığı ilə tanınan fiqurdur və daha çox Rusiyada və Gürcüstan mühitində məşhurdur. Hazırda müstəntiqlər onun qiyabi həbsini tələb edirlər.

Məlumata görə, onun qardaşı Levan Canqveladze 2025-ci ilin martında Tbilisi şəhərində küçədə güllələnərək öldürülüb. İnsident Çavçavadze prospektində baş verib. Bundan əlavə, Canqveladze qardaşları bir zamanlar azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin yaxın adamları olub.  Lakin sonradan onlar arasında münasibət pozulub. 

Xatırladaq ki, Rövşən Lənkəranski (Rövşən Canıyev)  2016-cı ildə İstanbul şəhərində sui-qəsd nəticəsində öldürülüb. 

Gülayə Mecid