Türkiyədə məktəblərə edilən silahlı hücumlardan sonra ehtiyat tədbiri olaraq, polis əməkdaşları bütün ölkədə təhsil müəssisələrinin qarşısında patrul xidmətinə başlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Qeyd olunub ki, hər məktəbin qarşısına iki polis məmuru təyin edilib. Dərs saatları ərzində müəllim və şagirdlərin təhlükəsizliyini təmin etmək üçün lazım olduqda prosesə əlavə qruplar da cəlb olunacaq.

Bu tədbirlər ölkə daxilində aparılan risk təhlilləri və qiymətləndirmələrinə əsasən müəyyən edilmiş strategiyalarla fasiləsiz olaraq davam etdiriləcək.

Ağarza Elçinoğlu