"Ordu bölmələri hazırlıq vəziyyətindədir. Hazırkı atəşkəs bizim üçün müharibə şəraitindən çox da fərqlənmir". 

"Unikal" xəbər verir ki, bu barədə İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya televiziya müsahibəsində deyib.

Generalın sözlərinə görə, İsfahanın cənubunda Amerika hərbçilərinə qarşı əməliyyatda Ordu Quru Qoşunları Müdafiə Kollecinin professoru və komandiri Briqada generalı Məsud Zare şəhid olub: "İran İslam Respublikası Ordusunun Baş Komandanının əmri belə idi ki, ölkəyə qurudan hücum olarsa, buna ciddi şəkildə yanaşılmalıdır. O, işğalçılardan heç birinin sağ qalmamalı olduğunu vurğulamışdı.

Amerikalıların ölkəyə sızması baş verəndə Məsud Zare və bir qrup yoldaşı dərhal hadisə yerinə getdilər. Onlar böyük cəsarətlə Amerikanın C-130 təyyarəsini çiyin raketi ilə vurdular. Nəticədə Amerika missiyası dayandırıldı və uğursuzluğa düçar oldular, amerikalılar isə hadisə yerindən qaçmağa məcbur oldular".

Ağarza Elçinoğlu