ABŞ və İran arasındakı münaqişənin həlli ilə bağlı İslamabadda keçiriləcək danışıqların ikinci mərhələsinin tarixləri hələ müəyyən edilməyib. 

"Unikal" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Əndrabi brifinqdə bildirib.

Nazirlik əlavə edib ki, İslamabad Vaşinqton və Tehran arasında rabitə kanallarını açıq saxlayır.

Qeyd edək ki, Pakistanın Yaxın Şərq böhranının həlli ilə bağlı məsləhətləşmələri davam edir.

Pakistan ordusunun komandanı Asim Munirin Tehrana səfəri ilə eyni vaxtda ölkənin baş naziri Şahbaz Şərif Səudiyyə Ərəbistanına səfər edib. O, daha sonra Qətər və Türkiyəyə səfər edəcək. 

Ağarza Elçinoğlu