UNEC Qiyabi və Əlavə Təhsil Mərkəzinin III kurs tələbəsi Xasayzadə Ülvi dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Ü.Xasayzadə Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edib və medallarla təltif olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl 1998-ci il təvəllüdlü Ülvi Əlisəfa oğlu Xasayzadənin meyiti Sumqayıt şəhərindəki qəbiristanlıqda aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
