Paytaxtın Xəzər rayonunda yağıntılı hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülüb.

"Unikal" xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyəti və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən rayon ərazisində küçələr yağış sularından təmizlənib.

Görülən işlər nəticəsində su yığılan ərazilərdə hərəkətin bərpası təmin olunub.