ABŞ-nin BMT-dəki  keçmiş səfiri Nikki Heyli İrandakı müharibənin həddindən artıq irəli getdiyini bildirib. 

"Unikal" xəbər verir ki, o, bu barədə CNBC-yə açıqlamasında deyib. 

Keçmiş BMT Daimi Nümayəndəsinin sözlərinə görə, ABŞ işin 75%-ni tamamlayıb və Amerika ordusu "möcüzə" göstərib.

"Düşünürəm ki, verilən qərarlar düzgün idi, amma bir şey edəcəksinizsə, onu düzgün edin və sona qədər davam etdirin ki, bir daha İran rejimi ilə qarşılaşmayaq", - deyə Heyli bildirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ  İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb Buna cavab olaraq Tehran İsrailə, eləcə də Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və BƏƏ daxil olmaqla Yaxın Şərqdəki Amerika bazalarına raket və pilotsuz təyyarələrlə hücumlar edib.

Gülayə Mecid