Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Millini təbrik edib.

"Unikal" xəbər verir ki, Ərdoğan rəsmi Teleqram kanalında yazıb: 

"2026-cı il Dünya Kuboku pley-off finalında Kosovonu məğlub edərək finala vəsiqə qazandıqları üçün Milli Futbol Komandamızı, "Bizim Uşaqlarımız"ı ürəkdən təbrik edirəm. 

24 ildən sonra futbolun bu ən böyük səhnəsində ay-ulduzlu bayrağımızı dalğalandıracaq Milli Komandamıza Avstraliya, Paraqvay və ABŞ-a qarşı qrup oyunlarında, daha sonra isə finala çıxmağı ümid etdiyimiz matçlarda uğurlar arzulayıram.

Əminik ki, "Bizim uşaqlar"ımız həmişə olduğu kimi ay-ulduzlu formanı qələbədən qələbəyə daşıyacaq və millətimizi qürurlandıracaq.

Bütün idmançılarımızı alnından öpürəm".