İtaliya ABŞ-nin Siciliya adasındakı Sigonella hərbi bazasına girişinə icazə verməyib.
"Unikal" xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti yazıb.
Nəşrin məlumatına görə, bu, bir neçə gün əvvəl baş verib, lakin məlumat gizli saxlanılıb. İtaliya Hərbi Hava Qüvvələrinin Baş Qərargahı Müdafiə Baş Qərargahının rəisi Luciano Portolanoya bir neçə Amerika bombardmançı təyyarəsinin uçuş planında Yaxın Şərqə davam etməzdən əvvəl Sigonella Hava Qüvvələri Bazasına eniş etmələrinin nəzərdə tutulduğu barədə məlumat verib. Nəşrin yazdığına görə, İtaliya hərbi rəhbərliyi ilə heç bir məsləhətləşmə aparılmayıb; plan Amerika təyyarələri artıq havaya qalxdıqdan sonra İtaliya hakimiyyətinə göndərilib.
Xatırladaq ki, İspaniya əvvəllər münaqişənin eskalasiyasının qarşısını almaq üçün hava məkanını və hərbi bazalarını ABŞ-nin İrana qarşı əməliyyatları üçün bağlamışdı.
Gülayə Mecid
