Çinin Çunçin şəhərində tikilməkdə olan avtomobil yolu tunelində partlayış baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Hubey və Siçuan əyalətlərini birləşdirən milli avtomobil yolunun Vancjou rayonu ərazisində yerləşən hissəsinin tikintisi zamanı qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər həlak olub, 9 nəfər yaralanıb. 

Partlayışa yanıcı qaz sızması səbəb olub. Hadisə yeri nəzarətə götürülüb, faktla bağlı araşdırma davam etdirilir.

Ayxanım Məlikova