Zaqatalada baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.
"Unikal" xəbər verir ki, hadisə zamanı Zaqatala rayonu Muğanlı kənd sakini Qurbanov Ülfət İsrafil oğlu həyatını itirib, Qurbanov Səməndər Mehman oğlu Qurbanov Elvin İsrafil oğlu, Yusifov Samir Samid oğlu xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
*** 17:57
Zaqatalada qəza olub, ölən və yaralananlar var.
"Unikal" xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən kecən hissəsində baş verib. İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub,nəticədə bir nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisəylə bağlı araşdırma aparılır.
Seymur Əli
