Səudiyyə Ərəbistanındakı ABŞ-nin Şahzadə Sultan hərbi bazasına edilən hücum nəticəsində Amerika yanacaq tankeri məhv edilib.
"Unikal" xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfəqari deyib.
"Uğurlu əməliyyat zamanı bir tanker tamamilə məhv edilib, digər üç təyyarə isə zədələnib və ya sıradan çıxarılıb", - o, bildirib.
"The Wall Street Journal" qəzeti daha əvvəl ABŞ hərbçilərinin İranın Şahzadə Sultan hava bazasına raket zərbəsi nəticəsində yaralandığını bildirmişdi.
***09:21
İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava bazasına zərbələr endirib.
"Unikal" WSJ-yə istinadən xəbər verir ki, hücum nəticəsində 10 ABŞ əsgəri yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Bundan əvvəl İran Əbu-Dabidə yerləşən Xəlifə sənaye zonasına raket hücumu həyata keçirib. Hücumda 5 nəfər xəsarət alıb.
