27.03.2026-cı il tarixində saat 15:40 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (2-si kişi, 2-si qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə "Unikal"a Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
Hazırda xəsarət alan şəxslərin müayinəsi davam etdirilir. Vəziyyətləri nəzarətdə saxlanılıb.
***18:28
Biləsuvar rayonunda yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
Belə ki, Cəbrayıl rayon sakini 1950-ci il təvəllüdlü Fəryaz Kəlbiyevin idarə etdiyi "Nissan" idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində 4 nəfər yaralanıb. Onlar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev
