26.03.2026-cı il tarixində saat 23:30 radələrində xəsarət alması səbəbilə 1990-ci il təvəllüdlü şəxs (kişi) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Unikal"a Goranboy Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, ona sol biləyin dərin kəsilmiş yarası diaqnozu təyin olunub.

Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

***11:21

Goranboyda qohumların mübahisəsi onlardan birinin bıçaqlanması ilə nəticələnib.

"Unikal"ın məlumatına görə, rayon sakini 1990-cı il təvəllüdlü M.Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə 34 yaşlı şəxsi yaxın qohumu 2009-cu il təvəllüdlü K.Əliyev aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.

Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 34 yaşlı M.Əliyevi bıçaqlamaqda şübhəli bilinən 2009-cu il təvəllüdlü K.Əliyev saxlanılıb.

Hər iki şəxsin ataları əmioğludur.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov