İran-İsrail müharibəsi nəticəsində İsrailin paytaxtında həlak olan 1986-cı il təvəllüdlü Amid Əligüllah oğlu Murtuzov Cəlilabad rayonunun Həsənabad kəndindən idi.

"Unikal" xəbər verir ki, mərhum və həmkarları yeni tikilən bir binaya baxış keçirərkən qəfil raket atəşi baş verib. Hava həyəcan siqnalı verilmədiyi üçün onlar sığınacağa keçə bilməyiblər.

Üç övlad atası olan həmyerlimiz 20 ildir ki, tikinti sektorunda çalışır və İsrail vətəndaşlığına malik idi. O, Təl-Əvivdə ailəsi tərəfindən dəfn edilib.

Xəlil Əliyev

*** 17:37

İranın İsrailə raket atması nəticəsində 2 azərbaycanlı həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə "Times of İsrael" nəşri məlumat yayıb.

Məlumata görə, 40 yaşlarında Amid Murtuzov və Rüstəm Qulamov Təl-Əvivin Petah Tikva adlanan hissəsinə kasetli bombanın düşməsi nəticəsində həyatlarını itiriblər.

Gülayə Mecid