Misli Premyer Liqasının XXIII turunda "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşıb.
"Unikal" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə "köhlən atlar" 6:0 hesablı qələbə qazanıb.
Qolları Joni Montiel (15 dəq, penalti), Leandro Andrade (33, 36), Kamilo Duran (64 dəq penalti, 89 dəq.) və Musa Qurbanlı (83) vurublar.
"Qarabağ" 49 xalla turnir cədəlinin ikinci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" 33 xalla beşincidir.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" isə "İmişli" ilə (0:0) bərabərə qalıb.
*** 20:49
"Qarabağ" hesab arasındakı fərqi daha da artırıb.
"Unikal" xəbər verir ki, Kamilo Duran 64-cü dəqiqədə hesabı 4:0 edib.
*** 19:54
“Qarabağ” rəqib komandanın qapısından daha 2 top keçirib.
"Unikal" xəbər verir ki, Leandro Andrade dubl edərək 33-cü və 36-cı dəqiqədə dəqiqədə fərqi çoxaldıb (3:0).
*** 19:44
Misli Premyer Liqasında 23-cü turun oyunları davam edir.
"Unikal" xəbər verir ki, “Araz-Naxçıvan” “Qarabağ”ın qonağı olub.
15-ci dəqiqədə Coni Montiel penaltidən fərqlənib.
8 mart
Misli Premyer Liqası
23-cü tur
19:15. “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu
