"ABŞ Prezidenti Donald Trampın İranın nüvə silahı əldə etməyə yaxın olduğu barədə dedikləri uydurmadır". 

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki,  bunu  ABŞ-nin sabiq prezidenti Co Bayden administrasiyasında İran üzrə xüsusi nümayəndə olmuş Robert Malley deyib. 

Onun sözlərinə görə, İranın iki həftə ərzində nüvə bombası hazırlaya biləcəyini təsəvvür etmək mümkün deyil.

Xatırladaq ki, bundan əvvəl “International Atomic Energy Agency” (MAQATE) İranın nüvə silahına malik olduğuna dair sübut tapmadığını açıqlamışdı.

Ayxanım Məlikova