"Qorxuram ki, İran ərazisinə qoşun göndərməli ola bilərik".
"Unikal" xəbər verir ki, bunu ABŞ Demokrat senatoru Riçard Blumental deyib.
"Administrasiyanın prioritetlərinin nə olduğu hələ də mənə aydın deyil: İranın nüvə potensialını məhv raketləri vurmaq, ya da rejimi dəyişdirmək və ya terrorçu fəaliyyətini dayandırmaq", - deyə o bildirib.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İrana hücum edir, dağıntılara və insan tələfatına səbəb olur. Buna cavab olaraq İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib.
İsrail-Amerika hücumu nəticəsində İranın Ali Lideri Ayətullah Əli Seyid Xamenei və digər yüksək vəzifəli şəxslər də həlak olub.
Ağarza Elçinoğlu
