Kanadanın Ər-Riyaddakı səfirliyi bölgədəki mövcud təhlükəsizlik vəziyyətini əsas gətirərək bağlanıb.

"Unikal" xəbər verir ki, səfirlik məsələ ilə bağlı X sosial media platforması vasitəsilə açıqlama yayıb.

"Mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq, Ər-Riyaddakı Kanada səfirliyi bu gün bağlıdır", - deyə məlumatda qeyd olunub. 

Həmçinin bildirilib ki, ən azı 6 mart tarixinə qədər şəxsən görüşlər də ləğv edilib.

Ağarza Elçinoğlu