Çeçenistandan olan keçmiş senator və Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini, iş adamı Umar Cəbrayılov Moskvada intihar edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
İntihardan sonra qaldığı hoteldə onun yanında silah tapılıb. O, ağır vəziyyətdə naməlum şəxs kimi xəstəxanaya yerləşdirilsə də, ölüb.
Məlum olub ki, Cəbrayılovun adı "Epşteyn işi"ndə çəkilib. Arxiv sənədlərində Cəbrayılovun karate məşqləri zamanı çəkilmiş fotosu tapılıb.
2001-ci ilin may ayında Epşteynin ortağı Qrislayn Maksvell Cabrayılovdan məktub alıb. Həmin məktubda iş adamı "onunla iki gün keçirmək və ona qulluq etmək" istədiyini yazıb. Cabrayılov daha sonra həm Qrislayn, həm də Epsteyni tanıdığını təsdiqləyib.
O, maliyyəçi ilə tətilə getdiyini və məşuqəsi ilə dost olduğunu etiraf edib.
İş adamı altı il əvvəl, 2020-ci ildə də hoteldə intihara cəhd etmişdi.
Ağarza Elçinoğlu
