Şəkidə yaşayış binası yanıb.

"Unikal"ın məlumatına görə, hadisə M.Ə. Rəsulzadə prospektində yerləşən beşmərtəbəli binada qeydə alınıb. Tural İsmayılova məxsus üçotaqlı mənzildə baş verən yanğın genişlənməsinə imkan verilmədən söndürülüb. Yanğınsöndürənlər tüstülənmənin artmasını nəzərə alıb binada yaşayan 10 nəfəri təhlükəsiz əraziyə təxliyə edib.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma başlanılıb.

*** 21:21

Şəkidə yaşayış binasında yanğın olub.

"Unikal" xəbər verir ki, yanğın Şəki şəhər  M.Ə.Rəsulzadə küçəsi, İsmayılov Tural Mais oğluna məxsus bina 180, ev 2 də baş verib.

Yanğın yerinə Şəki Yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 40 k/m olan yaşayış evinin bir otağı tamamilə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub, xəsarət alan olmayıb.

Seymur Əli