Liviyadan Aralıq dənizinə doğru yola çıxan miqrant qayığı suya girdikdən sonra çevrilib.
"Unikal" xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Liviya sahillərində 55 nəfəri daşıyan qayığın aşdığını açıqlayıb. Məlumata görə, iki körpə də daxil olmaqla 53 miqrant ölüb və ya itkin düşüb. Miqrantların taleyi ilə bağlı araşdırmalar davam edir.
