İsmayıllının Diyallı kəndində, istirahət mərkəzində baş verən yanğın söndürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 500kv.m olan və hazırda təmir işləri aparılan saunada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində saunanın yanar konstruksiyaları 100kv.m sahədə yanıb.
Saunanın böyük hissəsi və ətrafdakı tikililər yanğından mühafizə olunub.
***20:51
İsmayıllı rayonunda istirahət mərkəzində yanğın hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Diyallı kənd ərazisində 1962-ci il təvəllüdlü Abasov Malik Hacı oğluna məxsus "Qızıl qaya" istirahət mərkəzində qeydə alınıb.
Yanğın yerinə İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın zananı ümumi sahəsi 500 k/m olan hamam otağının 400 k/m tavan hissəsi yanıb, obyektin qalan hissəsi idə yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Seymur Əli
