55 ailənin yaşadığı binanın istiliyi dayandırılıb.

"Unikal" Xəzər Tv-yə istinadən xəbər verir ki, Şirvan şəhəri, Sahib Zeynalov küçəsi, bina 5 də yaşayan sakinlər deyirlər ki, illərdir problemsiz işləyən mərkəzləşdirilmiş istilik sistemi bu qış mövsümündə dayandırılıb. noyabrın 15-dən bu günədək binaya istilik verilmir. Səbəb, kimi bəzi mənzil sahiblərinin uzun müddətdir istilik ödənişlərini etməməsi göstərilir.

Sakinlər deyirlər ki, istilik verilmədiyindən rütubətdən mənzillərin divarları qaralıb, oboylar qopub, kif əmələ gəlib. mənzillərin elektrik isidiciləri ilə qızdırılması isə isə baha başa gəlir.

Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-dən bildirildi ki, 55 mənzildən 35-nin sahibi istilik ödənişlərini edib, 20 mənzilin isə borcu var. Həmin mənzillərdən bəziləri nəinki cari, ümumiyyətlə, indiyədək istilik haqqı ödəməyib. Binanın ümumi borcu 3 min manatdır. Borc tam ödənildikdən sonra binanın istilik təminatı bərpa ediləcək.