Rusiyanın əmək və sosial müdafiə nazirinin keçmiş müavini Aleksey Sklyar Moskvadakı şəxsi evində ölü tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazıb. 

Qeyd olunur ki, 50 yaşlı Sklyar ölümündən əvvəl dostlarına mesajlar göndərərək intihar etməsində həyat yoldaşını günahlandırıb.

"Bu məlumatın hələlik rəsmi təsdiqi yoxdur", - KİV qeyd edib. 

Xatırladaq ki, Aleksey Sklyar 2018-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb və informasiya sistemlərinin inkişafı və dövlət xidmətlərinin elektron şəkildə göstərilməsi ilə bağlı sahələrə nəzarət edib. 2022-ci ildə Baş nazir Mixail Mişustinin əmri ilə vəzifəsindən azad edilib.