Hindistanda 103 yaşlı qadın öz dəfn mərasimində dirilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Maharaştra ştatında baş verib. Qanqabaydan olan 103 yaşlı qadının öldüyü ehtimal edilib və dəfn mərasiminə hazırlıqlar başlanıb. Ənənəyə uyğun olaraq, onun evində çadır qurulub və qadına dəfn sarisi geyindirilib.

Dəfn mərasimində qadın qəfildən tərpənməyə başlayıb. Qadının ailəsi hadisəni möcüzə adlandırıb. Nəticədə, dəfn mərasimi ad günü şənliyinə çevrilib.