Zaqatalada qəza baş verib.
"Unikal" xəbər verir ki, “VAZ-21015” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Seymur Əli
