Lənkəranda ikimərtəbəli evdə yanğın baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə rayonun Cil kəndində qeydə alınıb.
"Ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli beşotaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.
