Qrenlandiya Rusiyaya çevrilə bilər.
"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
"Ümumiyyətlə, ABŞ-ın Qrenlandiyanı ilhaq etməsi qlobal iqlimin yaxşılaşdırılması üçün faydalı olardı... Amma Tramp tələsməlidir. Təsdiqlənməmiş məlumatlara görə, bir neçə gün ərzində gözlənilməz referendum keçirilə bilər və bu referendumda 55.000 Qrenlandiyanın sakinləri Rusiyaya birləşmək üçün səs verə bilərlər. Vəssalam! Bayraqda yeni ulduzlar olmayacaq. Qrenlandiya Rusiyanın yeni - 90-cı - federal subyekti olacaq", - deyə o bildirib.
