Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu iranlı həmkarı Əli Laricani ilə telefon danışığında xarici qüvvələrin İranın daxili işlərinə müdaxilə cəhdini pisləyib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası məlumat yayıb.

O, Moskva və Tehran arasında əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduğunu bildirib.

Şoyqu baş verən hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Əli Laricaniyə başsağlığı verib.

Tərəflər təhlükəsizliyin təmin olunması məqsədilə əlaqələrin davam etdirilməsi və mövqelərin koordinasiyası barədə razılığa gəliblər.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, dəqiq say haqda məlumat verilməyib.