Məşhəd Narkotiklə Mübarizə Polisinin rəisi, polkovnik-leytenant Cavad Kəşəvərz silahlı iğtişaşçılar tərəfindən hücumda ölüb. 

"Unikal" xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat dərc edib. 

Dekabrın 28-də İranda milli valyutanın devalvasiyası ilə bağlı etirazlar başlayıb. Buna cavab olaraq hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib, o cümlədən göz yaşartıcı qaz və hava silahlarından istifadə edib. Ən böyük nümayişlər Tehranda, ən şiddətli toqquşmalar isə qərb və cənub-qərb şəhərləri olan Məlikşah, Kirmanşah və Lordeqanda baş verib.

Gülayə Mecid