İran hakimiyyəti küçə etirazçılarına qarşı əməliyyatlarda ilk dəfə olaraq dronlardan istifadə edib.
"Unikal" xəbər verir ki, bu barədə DW-nin jurnalisti Nilufər Qulami açıqlayıb.
Onun sözlərinə görə, ölkə 60 saatdan çoxdur ki, internetsizdir, elektrik enerjisi və mobil telefon kəsintiləri baş verir. Hadisələr haqqında məlumat əsasən Starlink peyk şəbəkəsi vasitəsilə əldə edilir: "Bir çox böyük və kiçik şəhərlərdə çox sayda insanın iştirakı ilə etirazlar davam edir. Eyni zamanda, təhlükəsizlik qüvvələrinin repressiyaları son dərəcə qəddar və qanlı hala gəlib.
Rejim insanları küçələrdən uzaq tutmaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Məsələn, dünən onlar ilk dəfə patrul xidməti üçün dronlardan istifadə etdilər ki, bu da etirazçıların hava müşahidəsi vasitəsilə müəyyən edilə biləcəyi riski deməkdir".
Ağarza Elçinoğlu
