Kiprdə "Uralkali"nin keçmiş rəhbəri Vladislav Baumgertnerin axtarışı aparılır.
"Unikal" xəbər verir ki, o, yanvarın 7-də Limasolda itkin düşüb.
Nikosiyadakı Rusiya diplomatik nümayəndəliyindən bildiriblər ki, Rusiya səfirliyi vəziyyətdən xəbərdardır və gedişatı izləyir.
Yerli media mülki müdafiə bölmələrinin, könüllülərin, dronların və helikopterin iş adamını axtarmaq üçün səfərbər edildiyini bildirir. Polis dağlıq sahildə yerləşən Pissouri kəndinin ətrafını mühasirəyə alıb. Baumgertnerin mobil telefon siqnalı sonuncu dəfə orada aşkar edilib.
