İstanbulun Kartal rayonunda sərnişin avtobusu binaya çırpılıb. 

"Unikal" xəbər verir ki, qəzada 6 nəfər xəsarət alıb. Qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. 

Yaralılar hadisə yerində ilkin tibbi yardım aldıqdan sonra təcili yardımla yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Polis qəza ilə bağlı araşdırmaya başlayıb.