"Öz xalqını öldürən və öz qadınlarına zülm edən bir hökumət nə mənim xalqımı azad edə bilər, nə də məni azad edə bilər".
"Unikal" xəbər verir ki, bunu fələstinli yazıçı Raşa Hilveh açıqlayıb.
Yazıçının sözlərinə görə, uşaqlıqdan bəri ona İran İslam Respublikasının Fələstin məsələsini dəstəklədiyi və fələstinlilərin azadlığına kömək edəcəyi deyilib. İndi o, bu uydurmanı rədd etdiyini və İslam Respublikasına qarşı küçələrə çıxan İran xalqının yanında olduğunu deyir.
O, qeyd edib ki, Fələstin xalqı İslam Respublikasının tərəfində deyil, əksinə, fələstinlilərin özləri üçün tələb etdiyi hüquqları tələb edən cəsur İran xalqının yanındadır.
Ağarza Elçinoğlu
