Beynəlxalq monitorinq xidməti "NetBlocks"un məlumatlarına görə, İranda internet 84 saatdan çoxdur ki, kəsilib.

"Unikal" xəbər verir ki, bu barədə şirkət bəyanat yayıb. 

Qeyd edək ki, yanvarın 8-də İranda internet kəsilib. Bəzi ərazilərdə telefon xidməti də məhdudlaşdırılıb. Bunun hökumətin etirazçılara qarşı həyata keçirdiyi tədbirlərin bir hissəsi olduğu düşünülür.

Dekabrın 28-də İranda milli valyutanın devalvasiyası ilə bağlı etirazlar başlayıb. Buna cavab olaraq hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib, o cümlədən göz yaşartıcı qaz və hava silahlarından istifadə edib. Ən böyük nümayişlər Tehranda, ən şiddətli toqquşmalar isə qərb və cənub-qərb şəhərləri olan Məlikşah, Kirmanşah və Lordeqanda baş verib.

Gülayə Mecid