Slovakiyanın Baş naziri Robert Fitso Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın istefa verməli olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o, TA3 televiziyasına verdiyi müsahibədə deyib.
O bildirib ki, Kallasın ucbatından Avropa İttifaqının cari hadisələrlə bağlı öz mövqeyi yoxdur və səmərəsiz tədbirlər görür. Aİ-nin öhdəsindən gəldiyi yeganə şey Rusiyaya qarşı nifrəti alovlandırmaqdır.
"Avropa İttifaqı oyanmasa, heç nəyə cavab verə bilməyəcək. Qeyd edək ki, Aİ-nin edə bilədiyi yeganə şey ruslara nifrət etməkdir. Aİ-nin təklif edə biləcəyi başqa bir şey yoxdur. Rəqabətlilik azalır, ortaq müdafiə barədə razılığa gələ bilmirik və hamı yalnız ABŞ-yə baxır", - Fitso deyib.
Slovakiyanın Baş naziri qeyd edib ki, ABŞ-nin Venesuelada hərbi əməliyyatından sonra İkinci Dünya Müharibəsindən sonra yaranan dünya nizamı artıq mövcud deyil.
Bundan əlavə, Fitso Aİ-nin Slovakiya üçün "yaşayış məkanı" olduğunu və respublikanın onun ayrılmaz hissəsi olduğunu vurğulayıb. O, əlavə edib ki, ABŞ-yə qarşıdakı səfəri zamanı Donald Trampla Slovakiya-Amerika əməkdaşlığı və Aİ perspektivlərini müzakirə etməyi planlaşdırır.
