Erməni xizəkçisi Mikael Mikaelyan İtaliyada keçirilən xizəksürmə yarışında formasına yazılan "Azərbaycan" sözünü yapışqanlı lentlə örtdüyünə görə cərimələnib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb.
İdmançı formasını yarışın başlamasından təxminən 2 saat əvvəl aldığını və "Azərbaycan" yazısını görəndə sinəsində həmin ölkənin adının görünməməsinə qərar verdiyini bildirib: "Mən onu bağladım və starta keçdim. Əlbəttə ki, münsiflər heyəti bunu gördü, yarışdan sonra məni otaqlarına çağırdılar, söhbət etdik, o lenti bağlamağımla bağlı problemin nə olduğunu izah etdim, dedilər ki, səni başa düşürük, qəbul edirik, amma Beynəlxalq Federasiyanın qanunlarına görə, bütün sponsorlar görünməlidir".
Ağarza Elçinoğlu
