Rusiya Ukraynanın Rusiya lideri Vladimir Putinin iqamətgahına hücumuna yeni silahlarla cavab verə bilər.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. 

"Yeni silahlarımızı əks-hücumla sınaqdan keçirə bilərik. Vladimir Putin dünyanın əvvəllər heç vaxt görmədiyi bir neçə kozırımız olduğunu söylədi", - bəzi media qurumları yazıb. 

Peskov daha əvvəl  Putinin iqamətgahına edilən hücumu terror aktı adlandırmışdı. O, həmçinin Rusiya Silahlı Qüvvələrinin hücuma cavab verməyə hazır olduğunu bildirmişdi.