Keçmiş Aİ Xarici İşlər üzrə rəhbəri Josep Borrell keçmişdə insayder ticarəti ilə məşğul olduğuna görə cərimələnib.

"Unikal" xəbər verir ki, bu barədə məlumat Avropa Prokurorluğunun Avropa Xarici Fəaliyyət Xidmətinin fəaliyyəti ilə bağlı apardığı araşdırmada yer alıb. 

Buna görə də Borrell 2015-ci ilin noyabr ayında insayder ticarətinə görə 30.000 avro (59 997 AZN) cərimələnib. O dövrdə o, İspaniyanın xarici işlər naziri vəzifəsində çalışıb.

İspaniya enerji şirkəti Abengoa-nın direktorlar şurasında vəzifə yerinə yetirən Borrell, şirkətin maliyyə vəziyyətinin kəskin şəkildə pisləşməsi barədə ictimaiyyətə açıq olmayan məlumata malik olduğu bir dövrdə şirkətin səhmlərini satmışdı. Tənzimləyici orqan bu əməliyyatı qiymətli kağızlar qanunlarının ciddi şəkildə pozulması hesab edir.

Gülayə Mecid