Dekabrın əvvəlində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Venesuela sahillərindəki liman obyektinə pilotsuz təyyarə ilə hücum edib.

"Unikal" xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən verdiyi məlumat yayıb. 

Kanal qeyd edir ki, bu, ABŞ-nin daxili hədəfə ilk hücum nümunəsi idi. Qeyd olunur ki, dron hücumu, ABŞ hökumətinin Venesuela sahillərindəki ucqar bir ərazini hədəfə alıb. Ərazinin Venesuela narkotik ticarəti qrupu Trena de Aragua tərəfindən narkotik saxlamaq və gəmilərə daşımaq üçün istifadə edildiyi bildirilir. 

Kanal vurğulayır ki, hücum Vaşinqtonun aqressiv hərbi kampaniya vasitəsilə istefa verməsi üçün təzyiqi altında olan Venesuela prezidenti Nikolas Maduro arasında gərginliyi əhəmiyyətli dərəcədə artıra bilər.

Gülayə Mecid