Yalovada İŞİD əməliyyatı zamanı atışmada yaralanan 3 polis şəhid olub.
"Unikal" xəbər verir ki, buu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya deyib.
"Əməliyyat zamanı polis əməkdaşlarımıza atəş açılıb. Qəhrəman polislərimizdən üçü şəhid olub. Səkkiz polis və bir mühafizəçi yaralanıb. Altı terrorçu öldürülüb", - nazir qeyd edib.
Əməliyyatdan sonra davam edən istintaq çərçivəsində beş nəfər nəzarətə alınıb.
***
08:49
Türkiyənin Yalova bölgəsində təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat keçirib.
"Unikal" xəbər verir ki, əməliyyat zamanı şübhəlilər polisə atəş açıblar. Atışmada yeddi polis əməkdaşı yaralanıb və hadisə yerinə xüsusi təyinatlı qüvvələr göndərilib.
Məlumata görə, gecə saat 2-də başlayan qarşıdurma saatlarla davam edib.
Yaralanan polislərin vəziyyəti yaxşıdır.
