Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərində baş verib. Belə ki, Qovlar şəhər sakinləri - 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, arvadı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Dərhal onlara yadım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov