Bəzi media qurumlarında tanınmış şair, alim Vüqar Əhmədin saxlanılması ilə bağlı məlumat yayılıb. 

Vüqar Əhməd bu barədə "Unikal"a açıqlamasında yayılan xəbəri təkzib edib. 

"Mənim imicimə toxunmaq üçün yalan məlumat yayıblar. Həkimdə olmuşam, sonra telefonumu düzəltdirmişəm. Belə şey qətiyyən olmayıb, ola da bilməz. Vüqar Əhmədi kim saxlaya bilər ki?!".

V.Əhməd xəbərin AMEA-da çalışan iş yoldaşı tərəfindən təsdiq olunması məsələsinə də münasibət bildirib: "Aygün yalan deyib, belə bir şey olmayıb, qurmadır". 

Ağarza Elçinoğlu

*** 19:12

Tanınmış, nəğməkar şair Vüqar Əhməd saxlanılıb.

"Unikal" Manset.az-a istinadən xəbər verir ki, o səhər saatlarında işə gedərkən saxlanılıb. 

Vüqar Əhmədin niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil. Onun şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. 

V.Əhmədin saxlanılması ilə bağlı xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib. 

"Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq".