Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilən tədbirlərdə iştirak etmək üçün Türkiyədə olan Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri deputat Eldar Quliyev, deputat Anar Məmmədov və Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Ankarada Ulu Öndərin adını daşıyan parkda Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

"Unikal" xəbər verir ki, mərasimdə diplomatlar, elm və mədəniyyət xadimləri, diasporumuzun və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.