Türkiyənin “Fənərbağça” klubu futbolçusu Rodriqo Bekaonu əsas komandadan kənarlaşdırıb.

"Unikal" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Braziliyalı futbolçu bu mövsüm zədə səbəbindən cəmi 1 oyunda meydana çıxıb.

Qeyd edək ki, daha əvvəl hücumçu Cenk Tosun və yarımmüdafiəçi İrfan Can Kahvəci əsas komandadan uzaqlaşdırılıb.