İspaniya çempionu "Barselona"nın prezidenti Joan Laporta üçüncü müddətə namizəd olmayacaq.

"Unikal" xəbər verir ki, Laporta 2021-ci ildə ikinci dəfə Barselonanın prezidenti seçilib. Növbəti seçki 2026-cı ildə keçiriləcək.

Onun sözlərinə görə, seçki günü yanvarda təyin olunacaq: "Martın 15-dən iyunun 15-nə kimi seçəcəyik. İndi diqqətimizi gündəlik işə yönəltmişik. İlk növbədə komandanı düşünürük. Seçki prosesi müəyyən stress yaradır. Biz komandaya zərər vermək istəmirik. 

Mən Putin və ya Maduro kimi olmayacağam, ona görə bir daha namizəd olmayacağam, baxmayaraq ki, bacararam. Prezidentlər iki müddətə hakimiyyətdə olmalıdırlar, daha çox yox".

Ağarza Elçinoğlu